“Neftçi” Finlandiyadakı mətbuat konfransları ilə bağlı məsələyə aydınlıq gətirdi - YENİLƏNİB
Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK – “Neftçi” oyunundan sonra mətbuat konfransları ləğv olunmayacaq.
Bu barədə HerGun.Az-a “Neftçi”nin Marketinq, Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib:
“Saytınızda gedən məlumatdan sonra HİK-dəki həmkarımla əlaqə saxladım. O, oyunsonrakı mətbuat konfranslarının keçiriləcəyini bildirdi. Sadəcə olaraq, miks zonalarda futbolçulardan açıqlama almaq mümkün olmayacaq”.
09:48
Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK – “Neftçi” oyunundan sonra mətbuat konfransları təşkil olunmayacaq.
HerGun.Az-ın xəbərinə görə, buna səbəb koronavirus pandemiyasıdır.
HİK klubu pandemiya səbəbindən baş məşqçilər – Toni Koskela və Samir Abbasovun iştirakı ilə keçirilməli olan mətbuat konfranslarının ləğvinə qərar verib.
Qeyd edək ki, pley-off mərhələsinə kimi mətbuat konfranslarının təşkili məcburi sayılmır.
Xatırladaq ki, HİK – “Neftçi” oyunu avqustun 12-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bakıdakı ilk matçda 2:2 hesabı qeydə alınıb.