Qapalı məkan və nəqliyyatda maska taxmayanlar CƏRİMƏLƏNDİ - FOTO

10:00 20-08-2021 320

Ağdaş rayonu ərazisində qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda keçirilən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində qayda pozuntuları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı mağazalarda bəzi alıcı və satıcılar tərəfindən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyi, eləcə də kassaların önündə sosial məsafə gözlənilmədiyi aşkarlanıb.

Onlarla profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

İctimai nəqliyyatda - avtobus və taksilərdə də keçirilən nəzarət tədbirləri zamanı tibbi maskadan istifadə etməyən, marşrutlara normadan artıq sərnişin mindirməklə sıxlıq yaradan sürücülərə rast gəlinib.

Onlara qaydalar izah olunub və barələrində intizam tənbeh tədbirləri görülüb.