ABŞ sahillərinə güclü qasırğa yaxınlaşır

04:40 15-09-2021 14

Meksika Körfəzində meydana gələn “Nicholas” tropik fırtınası birinci kateqoriyalı qasırğaya çevrilib və ABŞ-ın Texas ştatına yaxınlaşır.

“Nikolas” qasırğaya çevrildi. O, Texasın mərkəzi və yuxarı sahillərinə güclü yağışlar, şiddətli küləklər və fırtına dalğaları gətirir”, - deyə ABŞ Milli Qasırğa İzləmə Mərkəzin “Twitter” hesabında qeyd edilir.

Bildirilir ki, təbət hadisəsi Luiziana ştatının bəzi hissələrinə təsir göstərə bilər.

Sinoptiklərə görə, küləyin maksimal sürəti saatda 120 kilometrə çatır. Qasırğa saatda 16 kilometr sürətlə hərəkət edir.