Bakıda 10 yaşlı uşağı avtomobil vurub

01:40 22-10-2021 339

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. İ.İsmayılov küçəsində avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Dadaşlı Ayxan Ceyhun oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.