Cənubi Koreya ilk milli raketdaşıyıcısı “Nuri”nin buraxılışını həyata keçirdi
05:00 22-10-2021 335
Cənubi Koreyada - ölkənin ilk milli raketdaşıyıcısının buraxılışı həyata keçirilib.
“Nuri” adı verilən raketdaşıyıcının buraxılışı paytaxt Seuldan 470 kilometr məsafədəki Naro kosmodromundan edilib.
200 tonluq raketdaşıyıcısının hazırlanmasına 2010-cu ildən başlanılıb. Onun hazırlanmasına 1,8 milyard dollar vəsait xərclənib.
Mənbə: Gazeta.ru