Ağcabədidə yeniyetməni avtomobil vurdu

09:20 22-10-2021 373

Ağcabədidə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Xocavənd kəndində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Cəfərova Məxmər Rəsul qızını yaşadığı evin qarşısında vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə çatdırıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.