Badamdardakı sürüşmə zonasında son vəziyyət AÇIQLANDI

11:20 22-10-2021 307

“Badamdarda 20-ci sahədə baş verən sürüşmə zonasında yeraltı suların səviyyəsi 7-8 metr aşağı düşüb”.

“Report” xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev jurnalistlərə açıqlamasında deyib.

“Bu mərhələ yekunlaşdıqdan sonra magistral avtomobil yolunun sağ tərəfində dərinliyi 9 metr olan istinad divarı inşa edilib və işlər yekunlaşıb”, - deyə o bildirib.