Azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər HƏBS OLUNDU - FOTO

14:20 23-10-2021 343

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisinin işğaldan azad edilən kəndinə qanunsuz keçmək istəyən şəxslər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Çaylı kəndinə stasionar postlardan kənar yollarla daxil olan şəxslər, Tərtər şəhər sakinləri - Tahir Vəliyev və İlham Rüstəmli kənd ərazisində saxlanılıblar.

Onların gəldikləri avtomobilin yük yerinə baxış keçirilən zaman dəmir metallar aşkar edilərək götürülüb.

T.Vəliyev və İ.Rüstəmlinin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onların hər biri səkkiz gün müddətinə inzibati qaydada həbs edilib.