Kürdəmirdə “KamAz” 77 yaşlı qadını vurub - FOTO

21:40 23-10-2021 373

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili yolu keçmək istəyən rayon sakini, 77 yaşlı Qasımova Rəhilə Məmməd qızını vurub.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.