Kürdəmirdə yola çıxan at qəzaya səbəb oldu, xəsarət alan var - FOTO

01:40 24-10-2021 367

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çərtəyəz kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü, 54 yaşlı Zərbalıyev Habil Əliş oğlu yola çıxan atı vurub öldürüb.

Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Nəqliyyat vasitəsi isə zərbənin gücündən yararsız hala düşüb.

Fakt araşdırılır.