Türkiyədə 27 avtomobil toqquşdu: 17 nəfər yaralandı
03:20 25-10-2021 444
Anadolu avtomagistralının Sapanca keçidi yaxınlığında üç ayrı nöqtədə 27 avtomobil toqquşub.
Yük maşını, mikroavtobus və minik avtomobillərinin iştirakı ilə baş vermiş zəncirvari qəzalarda 17 nəfər yaralanıb.
Hadisələrə yağışlı havada yol səthinin sürüşkənliyi səbəb olub.
Qəzalar avtomagistraldakı hərəkəti iflic edib.
Mənbə: TRT