Tovuzda piyadanı maşın vurub öldürdü

08:40 27-10-2021 486

Tovuzda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Qasımov Bədəl İlham oğlunu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət