Britaniyada kilsənin xarabalıqlarından qədim Roma heykəlləri tapılıb

08:40 30-10-2021 389

Britaniyalı arxeoloqlar Bakinqemşir qraflığında orta əsrlərə aid kilsənin xarabalıqlarından üç qədim Roma heykəlinin fraqmentlərini aşkar ediblər.

Bakinqemşir qraflığında Müqəddəs Məryəm kilsəsinin xarabalıqları altında kişi, qadın və uşaq heykəllərinin yuxarı hissələri aşkar edilib.

Qeyd edilir ki, qədim heykəllərin tapıldığı yer London və Birminqem arasında tikilməkdə olan yüksək sürətli dəmir yolunun marşrutu üzərində yerləşir.

“Bu, Böyük Britaniya üçün həqiqətən nadir tapıntılardır. Tapılan heykəllər tarixi baxımdan çox əhəmiyyətlidir”, - deyə arxeoloq Reyçel Vud qeyd edib.

Qazıntılar zamanı altıbucaqlı şüşə küpün yaxşı qorunub saxlanmış hissələri də aşkar edilib.

Mənbə: BBC