Sabiq kral ölümdən döndü

08:54 25-08-2019 543

Beş il bundan əvvəl taxt-tacını oğlu Felipeyə verən İspaniyanın sabiq kralı Xuan-Karlos ürəyindən əməliyyat olunub. 

Madridin “Quironsalud” özəl klinikasının həkimləri arteriyalarda qanın axınını bərpa etmək üçün sabiq kralın ürəyində aorta koronar şuntlama əməliyyatı aparıblar.

Hazırda 81 yaşlı Xuan Karlos intensiv terapiya palatasında yerləşdirilib. Xəstəni kral Felipe anası və sabiq kralın həyat yoldaşı Sofiya ilə birlikdə ziyarət edib.