Azərbaycanda zəlzələ oldu
17:27 11-09-2019 566
Lənkəran rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda, Lənkəran ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub.