Souden Fransadan sığınacaq istədi

02:18 15-09-2019 464

ABŞ xüsusi xidmətlərinin sabiq əməkdaşı Edvard Snouden Fransadan sığınacaq istədiyini bildirib.

Bu barədə RİA “Novosti” məlumat verir.

Onun sözlərinə əsasən, sığınacaqla bağlı Fransaya hələ 2013-cü ildə müraciət edib və prezident Emmannuel Makrondan müsbət cavab almaq istərdi.

“Əlbəttə, cənab Makronun mənə sığınacaq verməyini çox istəyərdim”, - deyə Souden bildirib və əlavə edib ki, təəssüf, Avropada deyil, yalnız Rusiyada danışa bilir.

O qeyd edib ki, ona sığınaq verilməsi ABŞ-a hücum demək deyil.