Adnan Oktarın oğurladığı uşaqların anası danışdı

12:00 13-07-2018 17

Adnan Oktar və onun dəstəsinin tutulduğu əməliyyatda onun əsas köməkçilərindən olan Oktar Babuna və onun bacısı Tuğba Babuna da olub.

HerGun.Az xəbər verir ki, onların anası Semin Babuna övladlarının Adnan Oktarın tələsinə düşməsindən danışıb:

“Adnan Oktar deyilən şəxs uşaqlarımı məndən oğurladı. 200-ə yaxın ailədən yalnız dördü ilə bu məsələ ilə bağlı mübarizə apardıq. İki yalançı şahidlə ailələrə şantaj etdiyini bilirik. İnsanların haqqında yalan uydurub tələ qurdu. Canımızı çox yandırdı. İndi etdiyi bütün pisliklərin əvəzini ödəyəcək”.

Qeyd edək ki, Babuna ailəsindən Ayşəgül Hüma Babuna da Ankarada iki qadınla avtomobillə qaçmaq istəyərkən tutulub. Ümumiyyətlə, bu ailədən Eda və Ceyda bacıları da Adnan Oktarın “kedicik”ləri olub. Bu bacı-qardaşlar dəfələrlə TV-də açıqlama verərək Adnan Oktar tərəfindən təzyiqə məruz qalmadıqlarını, bu yola öz istəkləri ilə qoşulduqlarını bildirib.

Səbuhi MUSAYEV