Hacı Əliyev finalda

10:50 15-09-2018 22
loading...

Belarusun paytaxtı Minskdə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən 48-ci Ranking Series turniri start götürüb.

HerGun.Az xəbər verir ki, 22 ölkədən 300-dən artıq güləşçinin qatıldığı ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edir.

İlk yarış günündə 57, 65, 74, 86, 97 kq-da sərbəst və 50, 55, 59, 65, 72 kq-da çıxış edən qadın güləşçilər mübarizə aparıb.

Üçqat dünya çempionu Hacı Əliyev (65 kq), eləcə də, Murad Süleymanov (86 kq) və Tatyana Omelçenko (59 kq) finala yüksəlib. İrina Netreba (65 kq) isə bürünc medala iddialıdır. Həlledici görüşlər bu gün keçiriləcək.

Səbuhi MUSAYEV