Narkoloji Dispanserdə gənclərdən yeni “müalicə üsulları” - VİDEO

21:00 17-05-2019 6

Narkoloji Dispanserin yeni istifadəyə verilən binasında gənclər yeni “müalicə üsullarına” əl atıblar.

HerGun.Az xəbər verir ki, bu barədə “VarYox” komandası öz saytında video yayımlayıb.

Videoda onların müalicə alanlar üçün yoqa kursları təşkil etdikləri görünür.

Pasientlər yoqanın onlara faydası dəydiyini, dəyişikliklər olduğunu, rahat nəfəs aldıqlarını bildiriblər.

Bundan əlavə, gənclərdən ibarət komanda maraqlananlar üçün qraffit kursu təşkil edib. Gənclər oxuduqları və onlara  güclü təsir göstərən kitabları burada müalicə alan insanlara hədiyyə ediblər.

Təşkilatçıların sözlərinə görə, tədbir həm də pasientlərin mənəvi dəyərlərinə diqqət yönəltmək məqsədi daşıyıb:

“Uzunmüddət müalicə alan pasientlərin vaxtlarını ancaq palatalarda yox, onlar üçün yaradılmış məkanlarda keçirmələri, yeni bacarıqlar əldə etmələri  vacibdir”.

Tədbirə həkimlər, tibb işçiləri də qoşulub. 

“Nəyisə dəyişmək istəyiriksə, münasibətimizi dəyişməliyik. Onlara bizim dəstəyimiz lazımdır, onlar buna layiqdirlər” - deyə gənclər bildirib.

Daha ətraflı videoda:

Nəzrin Həsənova