Antalyada azərbaycanlını bıçaqladılar

09:09 13-09-2019 11

Türkiyədə azərbaycanlı bıçaqlanıb.

HerGun.Az xəbər verir ki, Antalyada azərbaycanlı Hacı Elbrus Hacılı ilə hələlik kimliyi bilinməyən şəxs arasında bıçaqlı dava baş verib.

Hadisə zamanı Hacılı ayağından yaralanıb. Xəstəxanaya çatdırılan yaralının həyati təhlükəsinin olmadığı müəyyənləşib.

Hazırda polis şübhəlini axtarır.