Dünya Çimərlik Oyunlarında Azərbaycan yeddi idmançı ilə təmsil olunacaq - VİDEO

16:00 10-10-2019 6

Oktyabrın 12-də Qətərin paytaxtı Dohada I Dünya Çimərlik Oyunları keçiriləcək.

HerGun.Az xəbər verir ki, ilk dəfə keçiriləcək bu yarışa ölkəmiz yeddi idmançı ilə qatılacaq. 

“Doha 2019” çimərlik güləşi yarışlarında ölkəmizi Pənah İlyaslı (-70 kq), İbrahim Yusubov (-80 kq), Kənan Əliyev (-90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək. Akvatlon yarışlarında millimizin üzvləri Rostislav Pevtsov və Kseniya Levkovskaya çıxış edəcək. Karateçimiz Roman Heydərov isə kata yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, Milli Olimpiya Komitələri Assosiasiyası tərəfindən təşkil olunan bu yarışda 100-ə yaxın ölkədən 17 idman növü üzrə 1360-dan çox idmançı yarışacaq. Yarışlara oktyabrın 11-də start veriləcək. Bundan bir gün sonra açılış mərasimi olacaq, Yarışlar oktyabrın 16-da başa çatacaq.