Rəqsanə Kəmaləni ələ saldı: Bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər - FOTO/VİDEO

19:27 15-10-2019 35

Ötən gecə “Maşın” şouda aparıcı və aktrisa Kəmalə Piriyevanın yetərincə səs toplamayıb, oyunu tərk etməsi saysız-hesabsız müzakirələrə səbəb olub.

HerGun.Az xəbər verir ki, K.Piriyevanın oyundan çıxması bir çox məşhurun, xüsusilə, prodüser Tarix Əliyev (Tolik) və müğənni Rəqsanə İsmayılovanın lap ürəyincə olub. Kəmalənin oyunda hədəfi olan Lalə Mustafayevanın qələbə qazanaraq finala çıxmasını prodüser Tarix Əliyev “İnstagram” hesabında özünəməxsus şəkildə şərh edib:

“Amma Allah böyükdür? hərdən elə yıxır ki... Lalə, sən səs istəmə, çünki sənə xalq səs versə də, başqaları xalqın sevgisindən danışmasın”.

Prodüserin yazdığı kinayəli və ikibaşlı şərhi izləyicilər birmənalı qarşılamayıblar. Onlar Tarix Əliyevin bu yolla Kəmalədən acıq çıxdığını yazıblar.

Daha sonra K. Piriyevanın oyundan çıxma xəbəri  müğənni Rəqsanə İsmayılovanın da qulağına çatıb. Bu xəbəri eşidər-eşitməz müğənni “İnstagram” hesabında video paylaşaraq, Kəmalənin oyununu və şoudan çıxmasını ələ salıb:

“Ürəyimdə sözlər var, onları əziz tamaşaçılar sizə çatdırmaq istəyirəm. Birdən sonra mətbuatda yazılar ki, bəs, nə oldu deyirdin ki, maşın filankəsindir. Maşın elədir, maşın belədir. “Maşın”da dünən yaşananlara bələd deyiləm, çünki izləməmişəm. Sadəcə, mənə çatan söhbətlərdən bildiyim qədər Kəmalə “Maşın” şounu tərk edib. Yadıma düşür ki, nəyisə çox istəyəndə anam mənə nanəli konfet verib deyirdi ki, qızım alabu nanəli konfeti saxla özündə, sabah nə istəsən, onu sənə alacağam. “Maşın”da yaşananlar 5 yaşım olanda yaşadığım hadisələri xatırlatdı. Oyunda çox gözəl ssenari quruldu. Göz dəyməsin. Onsuz da deməyə ehtiyac yoxdur, bu zatən belə olmalı idi. Göydə Allah hər şeyi görür. Xalq, millət, tamaşaçı da öz gözləri ilə yaşananların şahidi oldu. Artıq adamların pulları çatmadı, bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər. Eybi yoxdur, növbəti “Maşın” şouda çatar pulları. Amma bunlar oyundur. Mən sözümün ağasıyam. Sona kimi nə demişəmsə, düz demişəm. Hər kəs də bunu gözəl anlayır”.

Daha sonra Rəqsanə “İnstagram” hesabında finala vəziqə qazanan aparıcı Lalə Mustafayevanın fotosunu paylaşıb, ona avtomobilin hallalığını verərək dəstək çıxıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Axsaminiz xeyir menim bu xanimla hec bir Tanisligim yoxdur sadece Allah boyukdu . Bilirsiz bu movzunu gundeme qaldirdiq Milletimiz Xalqimiz düzgün olan nedir onu secdi . Her seyi gordu ne var ne yox bildiler .Ne olar birin daydayi olar Birinise gucu biz qara caamahat . Biz oz gucumuz eziz Xalqlmla gosterdik . Menim o bir xanimnan hec bir prablemi yoxdur .Amma nelerse bilirik her seyden xeberimiz var coreyi agzimza yeyirik qulagimiza yox .Uzde gosterilen kimi deyil her sey .Lale sen tek ailenin Anavi saxlayirsan oz gucunen Allahim her zaman yaninda olsun . Halal xosun olsun qoy o masin senin olsun sen qazan senin goz yasinda simmanda temizdi .Uc defe ses vermeye cixdin ses topladin qazandin .Azda olsa biz buna nail olduqsa sukkur Allahimza bize bu gozel temiz ureyi qelbi verib . Heyatimda mende teklenmisem Ailemi Anami tek ezyyetimle saxlanmisam . Heqiqeti deyeni qovmurlar sadece cesaret lazimdi ki dogru nedir onu deyesen . Mende Tanrima cox minnetdaram ki meni bele yaradib . Duzun haqqli olanin yanindayam .Belkede ozume cox dusmen qazandim .Hec kimdende asli deyilem qorxan bir terefimde yoxdur .Size qurban olum menim Qeyretli durust Xalqim var olun . Biz bele etmeseydik Lale bu gun orda qalmazdl . Bu qeder Allah amaninda