Hollivudun ən nüfuzlu simaları – FOTO

05:09 17-10-2019 18

Hollivudun 2019cu ildə ən nüfuzlu şəxslərinin adları açıqlandı.

100 nəfərlik siyahını “The Hollywood Reporter” nəşri dərc edib.

Reytinqin başında “The Walt Disney” şirkətinin baş direktoru Robert Ayger durur. 2019-cu ildə şirkət 8 milyard dollar əldə edib.

İkinci yerdə “Netflix” şirkətinin rəhbərləri Rid Hastings və Ted Sarandos yerləşiblər. Üçüncü yeri “NBC Universal” şirkətinin menecerləri Brayn Roberts və Stiv Burke tutublar.

Siyahıda kino aləmində hamıya yaxşı tanış olan Stiven Spilberq, Dueyn Conson, Leonardo Di Kaprio, Uill Smit, Riz Uizerspun və Bred Pit da var.

Reytinqdə Hollivudla bir başa əlaqəsi olmayan şəxlər da var. Belə ki, Oqayo ştatının sənayəsi haqqında sənədli film çekən Barak və Mişel Obama cütlüyü siyahının 50-ci yerində qərarlaşıb.