Şahzadə Uilyam və Keyt Middltonun təyyarəsi fırtınaya düşdü

04:45 18-10-2019 462

Britaniya şahzadəsi Uilyam və xanımı Keyt Middltonun təyyarəsi fırtınaya düşüb.

TASS xəbər verir ki, hava şərayətinin pis olduğundan şahzadə və xanımının olduğu təyyarə İslamabadda yerə enə bilməyib.

Təyyarə səmaya qalxdığı Lahor şəhərinin hava limanına geri qayıtmalı olub.

Bundan öncə təyyarə iki dəfə müxtəlif  hava limanında enməyə cəhd göstərib. Lakin buna müvəffəq olmayıb.

Uilyam və Keytə heç bir zərər dəyməyib və onlar qaydasındadırlar.