“Karakomik Filmlər” “CinemaPlus”da - VİDEO

19:40 24-10-2019 589

Oktyabrın 24-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Karakomik Filmlər” filminin nümayişinə başlanılıb.

Türkiyə istehsalı olan “Karakomik Filmlər” filminin rejissoru Cem Yılmazdır. Baş rollarda Cem Yılmaz, Zafer Algöz və Özkan Uğur çəkiliblər. 120 dəqiqəlik filmdə yaş həddi “16+”dur.

Film haqqında qısa məlumat: “Kaçamak” və “2 Arada” adlı iki fərqli filmdən ibarətdir. “Kaçamak”da birlikdə tətilə çəxan dörd dostun başlarına gələn macəralardan bəhs edilir.

“2 Arada” filmində bütün hadisələr maşın və gəmidə baş verir. Ayzek adlı bir şəxsin başına gələnlərdən bəhs edir.

“Arif v 216”, “G.O.R.A.”, “A.R.O.G.”, “Hokkabaz” kimi filmlərdə rekorda imza atan Cem Yılmaz bu filmdə rejissor kreslosuna oturub.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.