Rusiya inkişaf naminə Afrikaya 20 milyard dollar hədiyyə etdi

03:40 25-10-2019 432

Rusiya Afrika ölkələrinin ümumi 20 milyard dollar borcunu silib.

Lenta.ru” xəbər verir ki, prezident Vladimir Putin sonuncu olaraq Efiyopiyanın 163,3 milyonluq borcunu “inkişaf əvəzinə” sxemi əsasında silib.

Ölkə başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, borcların silinməsi Rusiya şirkətlərinin Afrikada iş imkanlarını artırıb.  

“Bizim şirkətlər qarşılıqlı xeyir əsasında işləyirlər, məhsul mübadiləsini artırırlar və daha çox vergi verirlər. Bu bizim dünya bazarlarına iqtisadi ekspansiyamızdı”, - deyə Peskov vurğulayıb.

O bildirib ki, borclar qeri qaytarılmaz hesab olunurdu və əməkdaşlığı əngəlləyirdi.