Rusiyada dəhşət: Əsgər hərbçi yoldaşlarını güllələyib öldürdü

16:40 25-10-2019 546

Rusiyada hərbi hissədə atışma olub.

Bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Trans-Baykal ərazisində yerləşən hərbi hissələrin birində qaravul növbəsi dəyişdirilən zaman olub. Hərbçi səkkiz həmkarını güllələyib. İki nəfər isə xəsarət alıb.

Atəş açan əsgər tutulub.