Tramp demokratlardan əl çəkib “iPhone”dan yapışdı – iki sonra şikayət etdi

04:40 26-10-2019 706

ABŞ prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində demokratların ünvanına neçə tənqid dolu ismarış yazdıqdan sonra, siyasi mövzulardan yayınmaq və yeni “iPhone”nu müzakirə etmək qərarına gəlib.

O, ismarışını “Apple”in başçısı Tim Kuka ünvanlayıb

““iPhone”dakı düymə “Swipe”dan yaxşı idi”, - deyə Tramp yazıb.

Kukun ABŞ prezidentinin tvitinə reaksiyası hələ bəlli deyil. Trampın özü isə az keçməmiş yenidən demokratların və onu istefaya göndərmək istəklərinin müzakirəsinə qayıdıb.
Xatırladaq ki, “Evə” düyməsi “iPhone”nun dizaynının özəlliyi idi. “iPhone X”in yaradılması zamanı ənənəni dəyişmək qərarına gəlinib və düymə “Swype” rejimi ilə əvəz edilib.

Tramp heç vaxt ictimai yerdə telefonunu göstərməyib və buna görə də onun hansı modeldən istifadə etdiyi və nə üçün düymə dizayndan yığışdırıldıqdan iki il sonra şikayətlənmək qərarına gəldiyi məlum deyil.