İraqın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağrılıb

00:18 01-07-2019 666

İraqın Ankaradakı müvəqqəti işlər vəkilini Türkiyə Xarici işlər Nazirliyinə çağrılaraq, Türkiyənin terrorçulara qarşı əməliyyatları əminliklə davam etdirəcəyi bildirilib.

CNNTürk”ün məlumatına görə, Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy acılayıb ki, İraqın Ankaradakı müvəqqəti işlər vəkili İssam Məhəmməd nazirliyə çağırılıb.

Aksoyun sözlərinə görə, PKK-ya qarşı qarşı əməliyyatların davam etdiriləcəyi İ.Məhəmmədə bildirilib.

“Müvəqqəti işlər vəkili Nazirliyə çağırıldı. Onun dünən PKK-ya qarşı əməliyyatda vətəndaşların öldürülməsi barədə səsləndirdiyi açıqlamanın qəbuledilməz olduğu bildirildi.

İraqın suverenliyinə dəyər verdiyimiz, bu səbəblə o torpaqlardan terrorçular təmizlənməsi üçün əməliyyatı davam etdirəcəyimiz qeyd edildi”, - nazirlik rəsmisi vurğulayıb.