Texasda sərnişin təyyarəsi qəzaya uğrayıb, 10 nəfər ölüb - VİDEO

05:18 01-07-2019 953

ABŞ-ın Texas ştatında iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub.
 
Yerli telekanal CBS DFW xəbər verir ki, hadisə Dallas dairəsinin Eddison şəhərində baş verib.
 
Məlumata görə, təyyarə hava limanının anqarına çırpılıb. Bundan sonra təyyarə alovlanaraq məhv olub.
 
Şəhərin içtimaiyyətlə əlaqələr üzrə direktoru Meri Rozenblit bildirib ki, yanan təyyarədə sağ adam qalmayıb.