Masallı sakini əkin sahəsindən qəribə daşlar tapdı - FOTO

00:00 01-11-2019 354

Masallı rayonu Təklə kənd sakini Vəzir Hüseynov özünə məxsus olan əkin sahəsində şumlama işləri apararkən qəribə daşlar tapıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, daşlardan birinin üzərində olan xaç simvolu V.Hüseynovun marağına səbəb olub. O indiyə qədər sözügedən ərazidə heç vaxt belə daşlara rast gəlmədiyini deyir. Onun diqqətini çəkən isə hündürlüyü 80, eni 40 sm olan bu daşlardan birinin üzərində oyma üsulu ilə çəkilmiş xaç simvolu olub.

Təklə kəndində tarix müəllimi işləyən Fariz Əliyev qeyd edir ki, XIX əsrin əvvələrində həmin ərazilərə kütləvi surətdə malakan rusları köçürülüb. Təklə kəndinin ən münbit torpaqlarını çar Rusiyası bura köçürülmüş malakan ruslarının ixtiyarına verib. Ehtimal olnur ki, torpaq altından çıxan bu daşalar malakan ruslarına məxsusdur.

Yerli sakinlərin dediyinə görə, Təklə kəndinin tarixi qədim olduğundan, burada əkin sahələrindən şum işləri apararkən gildən hazırlanmış müxtəlif məmulatlar, qədim əşyalar, tunc nizə başlıqları tapılıb.

Rövşən Mövlan