Əməkdar artist: Müğənnilər borc içindədilər - VİDEO

22:20 01-11-2019 694

Müğənnilər borc içindədilər. Banklarla əlaqə saxlasanız, bilərsiniz, kimin nə qədər borcu var.  

HerGun.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Xəzər TV”də yayımlanan “Hər Şey Daxil” verlişində dilə gətirib.  

O, bir sıra ifaçıların banka olan borclarına görə ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.  

“Bunu bir çox müğənnilərə şamil etmirəm. Adam gərək işini düzgün bilsin. Mənim borcum yoxdur. Evin daxili büdcəsini bilməlisən. Onu bilməyəndə, borca, ziyana düşür və irəli gedə bilmirsən.  

Dünən əgər 200 manat qazanmışamsa, mənim bu gün 500 manat xərcləməyə ixtiyarım yoxdur. Bank açıb qapısını, ona nə var ki, gedirsən götürürsən pulu və xərcləyirsən. Sonra da götürdüyünü ödəmək gərəkdir.  

Gedib maşın, bahalı telefon alır. Ödəyə bilmir, qalır bankdan asılı vəziyyətdə.  

Birdə görür ki, ölkədən çıxışına “stop” qoyulub. Bunlar hamısı bizim yekəxanalığımızdan irəli gəlir”, - Cavanşir Məmmədov bildirib. 

Rəşad Əliyev