Biləcəridə 51 yaşlı qadını avtomobil vurub

03:20 02-11-2019 376

Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.  

1 may küçəsində 1968-ci il təvəllüdlü Abdullayeva Çərkəz Mirələm qızı yolu keçmək istəyərkən avtomobil vurub.  

Yaralı xəstəxanaya çatdırılıb. Ona bədənin küt travması diaqnozu qoyulub.  

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli  

Elşad Mətləboğlu