Bakıda taksi sürücüsü zolağı dəyişmək istədi, qəza baş verdi - ANBAAN VİDEO

17:00 02-11-2019 478

Bakıda baş verən qəza anı kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində baş verib. Avtobus dayanacaqda saxlayıb sərnişin düşürüb. 

Bu zaman avtobusun arxasında olan taksi sürücüsü zolağı dəyişmək istəyib. Dönmə işıqlarını yandırsa da, digər zolaqla hərəkətdə olan avtomobil onu vurub. 
Taksi sürücüsü zolağa tam keçməsə də, arxadan gələn avtomobilin ona yol verəcəyinə əmin olmadan yola çıxıb. 

Görüntüləri təqdim edirik: