Hava şəraiti Sabunçuda abonentləri qazsız qoydu

22:40 02-11-2019 396

Paytaxtdakı güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 ünvanında irigövdəli ağac 100 mm diametrlik qaz xəttinin üzərinə aşıb. Nəticədə 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb. 

Sabunçu rayonu Ramana qəsəbəsi “Südçülük sovxozu” adlanan yaşayış massivində daş hasar sayğaclara qoşulmuş bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Bu hadisə 200 abonentin qazla təminatında fasilə yaranmasına səbəb olub. 

“Azəriqaz” İstehsalat Birliyinin əlaqədar qurumları fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır.