Şirvanda yolu keçən piyadanı maşın vurub - YENİLƏNİB

00:00 03-11-2019 444

Şirvanda minik avtomobilinin vurduğu Şirvan sakini, 1960-cı il təvəllüdlü Zeynalov Əlisəfa Qulu oğlu xəstəxanada dünyasını dəyişib.

23:38

Şirvanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi ərazisində qeydə alınıb. Şirvan şəhər sakini, 1960-cı il təvəllüdlü Zeynalov Əlisəfa Qulu oğlu yolu keçmək istərkən onu minik avtomobili vurub.

Ağır bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.