İsmayıllıda ova gedən kişini maşın vurdu

00:40 03-11-2019 444

Muğanlı - İsmayıllı yolunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası qeydə alınıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında İsmayıllı rayonunun Basqal kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumatlara görə, dünyasını dəyişən şəxs ova gedirmiş. Yolu keçən ovçunu avtomobil vurub.

O, təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun kimliyi hələ ki məlum deyil. O, Şamaxı morqunda saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Aydın