Boris Conson “Brexit”lə bağlı fikrini dəyişdi

02:40 03-11-2019 457

Böyük Britaniyanın Baş naziri Boris Conson özünün Konservativ partiyasının seçkiöncəsi manifestində müqaviləsiz “sərt” “Brexit” variantını tamamilə çıxarmağı planlaşdırır.

“Times”ın verdiyi məlumata görə, sənəddə Consona iyul seçkilərində qalib gəlməyə kömək edən və demək olar, hər gün təkrarladığı “nəyin bahasına olursa-olsun” şüarı yer almayacaq.

Mühafizəkarlar ritorikanı yumşaltmaqla parlament seçkilərinə qalib gəlməyə ümid edirlər.

Xatırladaq ki, Böyük Britaniyada parlament seçkiləri dekabrın 12-də keçiriləcək.