Alla Puqaçova 80 yaşında səhnəyə qayıdacağına söz verdi

05:40 03-11-2019 485

Rusiya estradasının primadonnası Alla Puqaçova 80 yaşı tamamlananda səhnəyə qayıdacağını bildirib.

RİA “Novosti”nin məlumatına əsasən, 70 yaşlı müğənni belə bir bəyanatla “Minsk-arena” kompleksində şənbə günü keçirilən konsert zamanı səhnədə çıxış edib.

“Hamınız bilirsiniz ki, Belorusu sevirəm. Bu hiss mənim qanımdadır. Burada mənim yaxınlarım dəfn edilib, atam və qardaşım burada doğulub. Bu konserti isə nəzərdə tutmamışdım, amma çağırmısınızsa, başqa əlacım yoxdur. İndi isə gözləyin. Bundan sonra konsert versəm, yalnız 80 yaşımda səhnəyə çıxacağam “, - deyə primadonna  qeyd edib.