Vilayət Eyvazovdan yeni - TƏYİNAT

18:00 04-11-2019 474

Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə yeni rəis təyin olunub.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, kapitan Məmmədzadə Nəriman Ağahüseyn oğlu bölmə rəisi vəzifəsinə təyin edilib.

Bildirək ki, təyinatdan əvvəl Sarısu Polis Bölməsində rəis vəzifəsini polkovnik-leytenant Elşən Quliyev icra edib.