“Qalatasaray” və “Fənərbaxça” oyunçularının tarixi anı - FOTO
23:00 06-11-2019 613
Türkiyə Kişi Voleybol Liqasında iki əzəli rəqib – Fənərbaxça və Qalatasaray arasındakı görüş öncəsi izlənən görüntülər əsl hadisəyə çevrilib.
Liqanın 4-cü həftəsində üz-üzə gələn komandaların hər birinin aktivində bu görüşə qədər 3 qələbə var idi. Derbi başlamamışdan öncə hər iki komandanın oyunçuları bir-birinə uğur arzulayıb. Türk idmanının iki nəhəngi arasındakı bu gözlənilməz, eyni zamanda xoş görüntü azarkeşlərin alqışına səbəb olub. Daha sonra hər iki komandanın oyunçuları birgə foto çəkdiriblər.
Bundan öncə 2017-ci ildə eyni klubların qadın valeybol komandaları birlikdə şəkil çəkdirmişdilər ki, bu foto “Şərəf diplomu” mükafatına layiq görülmüşdü.