Suriyada neftqayırma zavodunda partlayış baş verdi, ölən və yaralananlar var

04:20 08-11-2019 502

Suriyada neftqayırma zavodunda partlayış nəticəsində 1 nəfər ölüb, bir neçəsi isə yaralanıb.

Reuters” xəbər verir ki, hadisə Baniyas şəhərində neft emalı zavodunda qeydə alınıb.

Partlayış rezervuarların birində texniki işlərin aparılmasından sonra baş verib.

Hadisənin təfərrüatları araşdırılır.