Neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti uzadıldı

00:45 02-07-2019 795

OPEC neft hasilatının azaldılmasına dair razılaşmanın müddətini daha 9 ay uzadıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə qərar Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının iclasında verilib.

İclasdan sonra jurnalistlərlə görüşən BƏƏ-nin Energetika naziri Suheyl əl-Mazrui xəbəri təsdiqləyib.

O, media nümayəndələrinin sualını qısa cavablandırıb: “Bəli, razılaşma uzadıladı”.

Qeyd edək ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşmışdı.