Samirə Əfəndidən Fransada yeni layihə: “Yol Ayrıcı” - VİDEO

18:00 09-11-2019 8

Bir neçə gün öncə Qazaxıstanın “Voice Of Nursultan” festivalında və Belarusiyanın Minsk şəhərində Azərbaycan Gənclər Günündə konsert proqramı ilə çıxış edib, ölkəmizi layiqincə təmsil edən müğənni Samirə Əfəndi Fransada yeni bir layihəyə imza atıb. 

HerGun.Az xəbər verir ki, Samirə sözləri və musiqisi Muxtar Abseynova, aranjimanı Fərhad Musayevə məxsus yeni “Yol Ayrıcı” adlanan mahnısını ekranlaşdırıb.

Ekran işinin rejissorluğu Ruslan Əhmədova həvalə edilib.

Klip Fransa ilə yanaşı İsveçrə və Türkiyənin mənzərəli yerlərində lentə alınıb.

Rəşad Əliyev