Gimnast məşq zamanı aldığı zədədən öldü

10:40 12-11-2019 442

ABŞ-ın Konnektikut ştatında gimnast qız məşq zamanı aldığı zədədən ölüb. 

Bununla bağlı “FoxNews” qızın oxuduğu universitetə istinadla məlumat yayıb. 

Nəşrin məlumatlarına görə, noyabrın 8-də 20 yaşlı Melaniya Koulman məşq zamanı onurğasını sındırıb və iki gün sonra vəfat edib.

Koulmanın sabiq məşqçisi Tomas Alberti deyib ki, qız gimnastika üçün quraşdırılan dirəkdən yıxıldıqdan sonra zədələnib.