“Google” gizli layihə həyata keçirəcək - İDDİA

13:40 12-11-2019 448

“Google” şəxsi məlumatları toplamaq üçün gizli layihə üzərində işləyir.

“Google” ABŞ-ın “Ascension” səhiyyə şirkəti ilə birgə 21 ştatda əhalinin sağlamlığı haqqında məlumat toplamaqla “gizli layihə” həyata keçirməyə başlayıb.

“The Wall Street Journal”in yazdığına görə, “Google” və “Ascension” şirkətləri keçən ildən birgə fəaliyyət göstərərək, layihələri üçün xəstələrin məlumatlarından istifadə ediblər. Lakin bu barədə həkimlərə və xəstələrə xəbər verilməyib.

Bu məlumatlara əsasən, “Google” xəstələrə fərdi müalicə kursu təqdim edə biləcək.