İki qəzada iki nəfər öldü

17:20 15-11-2019 478

Ötən gecə piyada ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, yol qəzaları paytaxtın Nərimanov və Suraxanı rayonlarında qeydə alınıb. 

Belə ki, günorta saatlarında Nərimanov rayonu, A.Nemətulla küçəsi yaxınlığında, Bakı şəhər sakini, 1989-cu il təəvəllüdlü Kamal Akif oğlu Alıyev “Opel” markalı avtomobillə piyada keçidində 1991-ci il təvəllüdlü Cavad Yaşar oğlu İbadovu vurub.

Nəticədə, piyada C.İbadov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Bir başqa hadisə isə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Orxan Rasət oğlu Məmmədov “Daewoo” markalı avtomobillə 1995-ci il təvəllüdlü Sahil Vidadi oğlu Qaybalıyevi və 1985-ci il təvəllüdlü Xəyyam Zülümxan oğlu Hümbətovu vurub. 

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. X.Hümbətovun həyatını xilas etmək mümkün olmayıb. S.Qaybalıyevin isə vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib.

Könül Cəfərli