Gəncədə dəhşətli qətl: Sərxoş oğul atasını öldürdü
22:00 15-11-2019 816
Gəncədə dəhşətli qətl hadisəsi baş verib.
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, münaqişə zəminində oğul atasını qətlə yetirib.
Gəncə şəhər Dəmiryolu, 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb.
Cinayəti törədərkən oğulun sərxoş olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb.