İran nüvə proqramını genişləndirir

13:27 17-06-2019 558

İran iyun ayının sonunda az zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı Vyana sazişində nəzərdə tutulan yuxarı həddi qaldıracaq.

RİA Novosti”nin məlumatına görə, bu barədə İranın Nüvə Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvandi açıqlama verib.

Uran ehtiyatı ilə bağlı “tavan”ın iyunun 27-dən etibarən qaldırılacağı bildirilir.

Xatırladaq ki, 2015-ci ildə Vyanada “5+1” qrupu ilə əldə olunmuş razılaşma əsasında Tehran uran ehtiyatını 300 kiloqrama qədər məhdudlaşdırmağı öhdəsinə götürmüşdü.

İran bundan əvvəl Donald Tramp administrasiyasının birtərəfli olaraq nüvə sazişindən çıxması ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə bir sıra öhdəliklərinin yerinə yetirilməsini dayandıracağını elan etmişdi.