Şəmkirdə qohumlar arasında düşən dava bıçaqlanma ilə nəticələnib

00:40 19-11-2019 361

Şəmkir sakini mübahisə zəmnində qohumunu bıçaqlayıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Fərhad Məmmədov Manaf İsmayılov adlı şəxsin həyətində qohumu 22 yaşlı Mayıl İsmayılovla mübahisə edib.

Nəticədə əsəblərinə hakim ola bilməyən Fərhad Məmmədov Mayıl İsmayılovu bıçaqlayıb. Kürək nahiyyəsindən bıçaq yarası alan sonuncu ətrafdakı insanların yardımı ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəmkir rayon Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Fərhad Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.